media-179369064241636926_1200x630

Bilyardın “Snuker” növü üzrə Azərbaycan ölkə çempionatı başa çatıb.

ERAmedia xəbər verir ki, Bilyard Federasiyasından verilən məlumata görə, bir neçə gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən yarışda ölkənin güclü snuker ustaları çempionluq uğrunda mübarizə aparıblar.

Yarışın yekun nəticələrinə əsasən, Orxan Qubatov çempionatın qalibi adını qazanaraq qızıl medalın sahibi olub. Orxan Rzayev ikinci, Vüqar Omarov və Tural Zeynallı isə üçüncü yeri bölüşüblər.

Qeyd edilib ki, bu cür yarışların keçirilməsi ölkədə bilyardın “Snuker” növünün inkişafı, idmançılar arasında rəqabət mühitinin gücləndirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.


media-adspc

Bənzər xəbərlər