Pomidor ixracından əldə olunan gəlir AÇIQLANIB
Pomidor ixracından əldə olunan gəlir 9,6 faiz artıb.
ERAmedia-nın apardığı araşdırmalara əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 172,3 milyon ABŞ dolları dəyərində pomidor ixrac edilib.
Ötən ilin eyni dövründə isə pomidor ixracının dəyəri 157,2 milyon dollar olub. Beləliklə, bir il ərzində pomidor ixracından əldə olunan gəlir 15,1 milyon dollar və ya 9,6 faiz artıb.
Beləliklə, pomidor 2026-cı ilin ilk 9 ayında Azərbaycanın əsas qeyri-neft ixrac məhsulları sırasında yer alıb.
Qeyd edək ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilib.










