media-hormuz

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər.

ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

“Tərəflərin nəzərdən keçirdiyi marşrutun coğrafi parametrləri razılaşdırılıb və əgər bəzi üçüncü tərəflər bu məsələdə maneə yaratmasalar, iki ölkənin razılaşdırdığı əsas müddəaları və mühüm məqamları özündə əks etdirən birgə bəyanat da yekun baxış və hazırlıq mərhələsindədir”, – deyə o vurğulayıb.

Daha əvvəl İranın dövlət teleradio şirkəti mənbəyə istinadən xəbər vermişdi ki, Oman və İran arasında bağlanacaq gələcək saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur və bu məsələ ABŞ-nin atacağı addımlardan asılı olacaq.


media-adspc

Bənzər xəbərlər