Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik - İrakli Kobaxidze
Gürcüstan hökuməti Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə dostcasına iş aparır.
ERAmedia xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze televiziya efirində bildirib.
“Biz Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik. Bu problemi miras almışıq və əvvəlki hökumətin dövründə daha da ciddiləşib”, – deyə hökumət başçısı qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla dostluq münasibətləri var və hər iki dövlətlə delimitasiya-demakrasiya vacibdir: “Bu məsələ üzərində iş gələcəkdə də tamamilə dostcasına davam edəcək. Bu, suveren dövlətin mövqeyidir”









