Kiyevə kütləvi hava zərbələri endirilib
Rusiya ordusunun avqustun 5-nə keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində böyük logistik mərkəzlər və anbarlar dağıdılıb.
ERAmedia xəbər verir ki, ən böyük dağıntılardan biri isə Kiyevin Obolon rayonunda yerləşən “Novo Poşta” logistik mərkəzi olub.
Hava hücumu zamanı Kiyev vilayətində azı 15 nəfər həlak olub, 50-dən çox sakin isə xəsarət alıb.
Rusiya ordusunun Kiyevə hava hücumu zamanı ümumilikdə 24 ballistik raket və 4 ədəd “Tsirkon” aeroballistik raket atılıb.









