media-videoedited
media-472379266_1348550083164767_7084311353997512959_n
media-shehidler_olmez_baner_full

ABŞ və Avropa İttifaqı bu yaxınlara kimi Azərbaycanla arasına məsafə qoyur, hətta müəyyən radikal dairələrin təsiri ilə qarayaxma kampaniyası aparırdı. Rusiya köhnə imperiya siyasətindən əl çəkmir, Azərbaycanla hədə-qorxu dili ilə danışırdı. Çin üçün isə Rəsmi Bakı ilə tərəfdaşlıq cəlbedici görünmürdü. Bəs nə dəyişdi? Əvvəlcə ABŞ-dən başlayaq. Trampın hakimiyyətə gəlməsi ilə Vaşinqtondan dünyaya baxış dəyişdi. Hansı ölkələr ABŞ üçün siyasi və iqtisadi baxımdan faydalıdırsa Tramp onlarla əməkdaşlığı gücləndirir, birtərəfli qaydada Vaşinqtondan mənfəət güdən ölkələr isə ikinci plana atılır.

Bu fikirləri ERAmedia-ya açıqlamasında Siyasi şərhçi Araz Balayev deyib. O bildirib ki: “Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı israrı və qlobal oyunçuları bu nəqliyyat dəhlizinin imkanlarından yararlanmağa çağırması Trampın iştahasını qabartdı. Bu baxımdan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın Vaşinqtonda əldə olunması təsadüfi deyildi. Bundan başqa 907-ci düzəlişin ləğvi, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupu fəaliyyətə başlaması münasibətlərin yeni mərhələsindən xəbər verir”.

Siyasi Şərhçi qeyd edir ki, vaxt vardı Avropa İttifaqı üçün də Azərbaycan arzuolunmaz ölkə elan olunmuşdu. “Azərbaycana qarşı kampaniyalar bir-birini əvəzləyirdi. Avropada Azərbaycanın Ermənistanla uzun illər müharibə şəraitində olmasında istifadə edib təzyiq göstərirdilər. Bu siyasi xəttə Fransa başçılıq edirdi. Rəsmi Bakıya qarşı açıq diplomatik müharibə elan edən, Qarabağ ermənilərinin hüquqları, geri qaytarılmasından ağız dolusu danışan Makron birdən fikrini dəyişib İlham Əliyevlə münasibətləri düzəltmək üçün addım atır və Avropa Siyasi Birliyinin Kopenhagen sammitində Azərbaycan Prezidenti ilə görüş keçirir. Digər dövlət başçıları da İlham Əliyevlə görüşmək üçün sanki sıraya düzülmüşdü”.

İndi bizim Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında müqaviləmiz var. Digər sahələrdə də münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq bardədə müzakirələr gedir. Dünyada davam edən müharibələr beynəlxalq ticərətə maneələr yaradır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik şimalda Rusiya, cənubda isə istər limanlarda, istərsə də Pakistan, İran, İraq və Suriya kimi ölkələrdən keçən ticarət yollarını istifadəyə yararsız edib. Bu yollar artıq təhlükəsiz deyil deyən Araz Balayev hesab edir ki  alternativ kimi ən güvənli seçim isə Orta Dəhlizdir.

“Orta Dəhlizdə ən strateji mövqedə olan ölkə isə Azərbaycandır. Bu isə öz məhsullarını Qərbə daşımaq istəyən Çin üçün bir zamanlar cəlbedici görünməyən Azərbaycanın önəmini artırır. Təsadüfi deyil ki, bu il Çinlə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. Sonda Rusiyanın dəyişən siyasəti haqqında… Bir ilə yaxın gərgin münasibətlər, Kremldən hədələr, azərbaycanlılara qarşı kampaniya… Azərbaycan isə geri addım atmadan haqlı mövqeyində qaldı və Rusiyadan Rusiya səmasında, Rusiya hərbçiləri tərəfindən vurulan AZAL təyyarəsinə görə hesabat, üzr və təzminat tələb etdi. Düşənbədə Azərbaycan tərəfi istəyinə müəyyən qədər nail oldu. Azərbaycan və Rusiya Prezidentlərinin görüşündə bu məsələlər müzakirə edildi. Məncə nə dəyişdi sualına cavab tapdıq: Azərbaycana qarşı olan əsas qlobal oyunçular bir-birinin ardınca rəsmi Bakı ilə münasibətləri düzəltməyə, hətta strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə qərar verdi. Gələk ikinci sualımıza ki, bu necə baş verdi? Azərbaycan haqlı mövqeyində israr etdi, tərəfdaşlarını dar gündə tək qoymadı, özünü etibarlı tərəfdaş kimi təsdiq etdi”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər