Ronaldonun 30 milyonluq “oyuncaq”ları...-FOTO
Ulduz futbolçu Kriştianu Ronaldonun paylaşımı diqqət çəkib.
ERAmedia xəbər verir ki, o, lüks avtomobil kolleksiyasının bir qismini “My toys” (Oyuncaqlarım) başlığı ilə paylaşıb.
Paylaşıma qısa müddət ərzində 11 milyondan çox bəyənmə, 200 minə yaxın şərh gəlib.
Qeyd edək ki, Ronaldonun lüks avtomobil kolleksiyasının ümumi dəyərinin təqribən 30 milyon avrodan çox olduğu təxmin edilir. Burada təxminən 40-dan çox lüks və nadir superkar var. Onun qarajında “Bugatti Centodieci”, “Bugatti Chiron”, “Ferrari Daytona SP3”, “Rolls-Royce Cullinan” və “McLaren Senna” kimi dünyanın ən bahalı və sürətli avtomobil modelləri yerləşir.
Sözügedən fotoları təqdim edirik:









