media-1786046254_5451773440072292336

Türkiyə Rusiya və Ukraynaya Qara dəniz və Xəzər dənizində müharibə aparmamağı məsləhət görür.

ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra yayılan bəyanatda bildirilib.

Qeyd edilib ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində Qara və Xəzər dənizləri qarşıdurma zonalarına çevrilməməlidir.

Görüş iştirakçıları, həmçinin, İran və ABŞ arasında yenidən qarşıdurmanın region ölkələri və qlobal ticarət yolları üçün yaratdığı riskləri vurğulayıblar. Bütün tərəfləri güc tətbiqindən çəkinməyə və davamlı sülhü təmin etmək üçün danışıqlara qayıtmağa çağırıblar.


media-adspc

Bənzər xəbərlər