Unudulmuş qədim türk oyunu - FOTO

“Təbrizdə qurd-qovdu oyunu” (təxminən 1595–1600) rəssam Banavari tərəfindən çəkilmiş və hazırda Klivelend İncəsənət Muzeyində saxlanılan Moğol miniatürüdür. İmperator Əkbər şahın səltənətindən bəhs edən “Əkbərnamə” salnaməsinin bir hissəsidir.
Miniatürdə ikinci Moğol imperatoru Hümayun şahın Səfəvi paytaxtı Təbrizdə sürgün həyatı yaşadığı dövr təsvir olunub. Şah Təhmasib onun şərəfinə yerli əyləncə növü olan “qurd-qovdu” oyunun keçirməsi təsvir edilir.
“Qurd-qovdu” təkcə bir idman yaxud göstəriş xarakterli yarış deyil. Bu tarixin qədim dövrlərdən davam edən bir ənənə idi ki, buna əyləncə və ya yarış kimi baxmaq olmaz idi. Bu idman növü həm simvolik, həm də strateji baxımdan dərin mənalar daşıyırdı.
Oyunun qaydaları belə idi:
Qurd yaxud qurdlar meydana buraxılırdı və onları at belində olan şəxslər izləməli, diri tutmalı idi. Bu mümkün olmadıqda isə öldürə də bilərdi. Lakin mahiyyət burda qurdu öldürmək və tutmaq deyil idi. Məlumdur ki, qurd digər ovlanan heyvanlardan fərqli olaraq asan təslim olan və küncə sıxılan zaman həyatı ilə asan barışan heyvan deyil, küncə sıxıldıqda geri hücum edən yırtıcıdır. Məhz bu zaman onu ovlamaq istəyən şəxsin cəsarəti ortaya çıxmalı idi. Qurd geri hücum edəndə onunla təkbətək savaşmaq gücünü göstərə bilsin.
Bu zaman isə mütləq onda “qurd instinkti” (strateji düşüncə) inkişaf etməli idi. Ovçu qurd kimi düşünməli, çıxış yolu tapmalı və təslim olmamalı idi. Həmçinin yarış zamanı yaranan tozu duman zamanı görmə qabiliyyətinin məhdud olduğu yerdə instinktləri ilə hərəkət etməyi göstərməli idi. Bu zaman məhz qurdu qovan daxilindəki qorxunu məğlub edib, onun qədər sürətli və qəddar ola biləcəyini təsdiqləyirdi.
Bu ov zamanı ən peşəkarlar qurda elə yaxınlaşmalı idi ki, onun quyruğuna toxuna bilsin və kəməndlə onu tuta bilsin. Əsas şərt də burda idi, o, atı cilovla deyil, əsasən dizləri və bədən çəkisi ilə idarə etməli idi. Qurd manevr edəndə, o, bədənin ağırlığı ilə adı döndərməli idi.
Peşəkar olmayan isə qurdun qəfil manevrinə aldanıb atdan yıxılırdı və o, oyundan çıxarılırdı. Bu ov oyunu bəzən saatlarla davam edir və iştirakçılardan yüksək dözümlülük tələb edirdi.
Bu idmanda qalib gəlmək “ən güclü yırtıcıdan daha üstün olmaq” mesajını verirdi.
Adam Oleari, Jan Şarden, İsgəndər bəy Münşi, Willem Floor, Sukumar Ray və digərlərinin əsərlərində bu barədə qeydlər var. “Qummar-i Şikar” “Səhra-nəvərd” kimi şərq mənbələrində qeyd olunur. İngilisdilli mənbələrdə isə “Wolf-running” kimi yazılır.
Əsərdə qeyd edilən miniatürlərin tamamın muzeyin səhifəsində görmək olar:
https://www.clevelandart.org/art/2003.38#additional-views
Zaur Əliyev










