1921-ci ildə Bakıda qızlar məktəbinin müəllim və şagirdləri belə olub - FOTO
Bakının təhsil tarixindən bəhs edən maraqlı tarixi foto sosial şəbəkələrdə diqqət çəkib.
ERAmedia xəbər verir ki, fotoda 1921-ci ildə Bakıda fəaliyyət göstərən 89 nömrəli qızlar məktəbinin müəllim və şagirdləri əks olunub.
Qara-ağ foto bir əsrdən çox əvvəlki dövrün təhsil mühitini, həmin illərdə məktəbdə çalışan müəllimləri və təhsil alan qız şagirdləri əks etdirir.
Tarixi görüntünü Vüsalə Məmmədli sosial şəbəkə hesabında paylaşıb.
Foto ötən əsrin əvvəllərində Bakıda qızların təhsili və məktəb həyatının tarixinə nəzər salmaq baxımından maraq doğurur.
Vural










