Paşinyana hücuma görə 3 nəfər saxlanılıb
Ermənistanda Müqəddəs Anna kilsəsində baş verən hadisədən sonra üç nəfər saxlanılıb.
ERAmedia xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Onlar xuliqanlıqda və vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaqda şübhəli bilinirlər.
Saxlanılanlar iş materialları ilə birlikdə cinayət istintaq bölməsinə təhvil verilib.
Qeyd edək ki, saxlanılanlardan ikisi əkiz məktəblidir.









