media-tramp_2

ABŞ Konqresinin üzvü Don Beyer bu gün verdiyi açıqlamada Donald Trampın təhdidlərini “getdikcə daha çılğın” adlandırıb. O bildirib ki, Tramp “fəlakətli müharibəsini necə bitirəcəyini bilmədiyi üçün bu cür təhdidlərə əl atır”.

ERAmedia xəbər verir ki, Beyer respublikaçı həmkarlarına müraciət edərək, “Vaşinqtona geri dönün, müharibə səlahiyyətləri ilə bağlı qərarı səsverməyə çıxarın və bu çılğınlığı dayandırın” çağırışı edib.

ABŞ Konqresinin digər üzvü Cim MakQovern isə Trampın “psixi durumu yerində olmayan, xəstə və liderliyə uyğun olmayan biri” olduğunu bildirib.

Konqres üzvü Yassamin Ansari də ABŞ prezidentinin “dağıdıcı və qeyri-qanuni bir müharibəni daha da gərginləşdirdiyini və ciddi müharibə cinayətləri törətməklə hədələdiyini” qeyd edib.

Ansari əlavə olaraq ABŞ-ın müdafiə naziri Pete Heqsethi “cinayətə ortaq olmaqda” ittiham edib və daha əvvəl Trampın vəzifədən uzaqlaşdırılması üçün Konstitusiyanın 25-ci düzəlişinin tətbiqinə çağırdığını xatırladıb.

Digər tərəfdən, ABŞ-da fəaliyyət göstərən “The Atlantic” jurnalının yaydığı məlumata görə, Heqsethin ABŞ-ın İrana qarşı apardığı müharibə zamanı “yüksək rütbəli generallar və ən təcrübəli zabitlərə qarşı vəzifədən uzaqlaşdırma və təmizləmə prosesləri” həyata keçirdiyi bildirilir.

Bu hadisələr ABŞ-lı beynəlxalq hüquq mütəxəssislərinin Trampın İran infrastrukturunu hədəfə alma təhdidlərini “beynəlxalq humanitar hüququn pozulması riski” kimi qiymətləndirməsindən sonra baş verib.

Vural


media-adspc

Bənzər xəbərlər