media-1774111004_1755323881_1678258014_zelzele

Antiqua və Barbuda ada dövlətinin sahillərində zəlzələ qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin maqnitudasının 6,5 olduğu bildirilib. Alimlər həmçinin zəlzələnin episentrinin 10 kilometr dərinlikdə yerləşdiyini də dəqiqləşdiriblər. Episentr ölkənin paytaxtı Sent-Condan 1826 kilometr şimal-şərqdə yerləşib.

Hazırda sunami təhlükəsi elan olunmayıb. İtki və ya dağıntı barədə heç bir məlumat daxil olmayıb.


media-adspc

Bənzər xəbərlər