media-1783966668_1740550634_agdam_menziller

Üç gün sonra Ağdam Şəhəri Günü qeyd olunacaq. 2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana təhvil verilməsi nəticəsində böyük insan tələfatının qarşısı alınıb.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərdən sonra Ağdam öz tarixinə yenidən qovuşub və sürətlə bərpa olunur.

Deputatın sözlərinə görə, işğal dövründə tamamilə dağıdılaraq xarabalığa çevrilən qədim Ağdam şəhəri bu gün Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir. Artıq doğma sakinlərin öz yurdlarına qayıdışı təmin edilir.

Vüqar Bayramov qeyd edib ki, Zəfərdən sonra milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi də əsas prioritetlərdən olub.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi əsaslarla məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma isə Ağdam rayonunda qeydə alınıb. Belə ki, artıq 8300 nəfər rayonda məskunlaşıb.

Deputat bildirib ki, Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plana əsasən, Ağdam işğaldan azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Şəhərdə 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur.

Vüqar Bayramovun sözlərinə görə, infrastrukturun yaradılması və inkişaf etdirilməsi Ağdamda məskunlaşmanın genişlənməsi üçün mühüm zəmin formalaşdırır.

Deputat vurğulayıb ki, növbəti aylarda, eləcə də 2027-ci ildə Ağdam da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məskunlaşma prosesi davam edəcək.

Vüsalə


media-adspc

Bənzər xəbərlər