media-17947610445267810042_1200x630

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb.

Azərbaycan Gimnastika Federasiyasından ERAmedia – ya bildirilib ki, fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib.

Həlledici mərhələdə uğurlu çıxışını davam etdirən Ammar Baxşalıyev 55.450 xal toplayaraq bürünc medalın sahibi olub. Yarışda qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.

Bu nəticə Azərbaycan batut gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ammar Baxşalıyev gənclər arasında Dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı olub.

 


media-adspc

Bənzər xəbərlər