Azərbaycan və Ermənistan eyni LAYİHƏDƏ
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ticarət yollarının yenidən qiymətləndirilməsi dövründə Gürcüstanın sabitlik və logistika üçün regional mərkəzə çevriləcəyini bildirib.
ERAmedia xəbər verir ki, yerli mətbuatın məlumatına görə, hökumət rəhbəri ölkəsinin “çoxfunksiyalı regional mərkəz”ə çevrilməsinə imkan verəcək əsas layihələri sadalayarq bunlara Şərq-Qərb Magistral Yolu, Bakı-Tbilisi-Qars dəmir yolu, quru limanlar və Qara dənizin ən dərin limanı olan Anakliya kimi böyük infrastruktur layihələrin daxil olduğunu qeyd edib.
O, həmçinin “Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələrinin yaradılması layihələri üzərində fəal iş aparıldığını” bildirib.
Gürcüstanın Baş naziri həmçinin “Gürcüstan Azərbaycan, Ermənistan və beş Orta Asiya dövləti də daxil olmaqla yeddi ölkə üçün Qara dənizə çıxış təmin etdiyini vurğulayıb.
Ural Dəyirmançı









