media-pakistan1

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub.

ERAmedia  xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər və bu əlaqələrin daha da inkişaf etdiriməli olduğu ilə bağlı razılığa gəliblər.

Bundan başqa, Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq və bu ölkəyə investisiya yatırılması mexanizminin yekunlaşdırılması da razılaşdırılıb.

media-qeao6mwiz9fcojz0ujigd9jrt6yed7c6yi6fx6hg_600


media-adspc

Bənzər xəbərlər