media-2652661

media-mgk6avnkmb35lv6yu4ao1uigk1hdxpai

Azərbaycan kapital bazarında idarəetmə təcrübəsinə malik peşəkar kadrın Bakı Fond Birjasındakı səlahiyyət dairəsi genişləndirilib.

ERAmedia xəbər verir ki, 2026-cı ilin yanvar ayından etibarən Emil Babayev Bakı Fond Birjasında Sədrin Ofisinin Rəhbəri vəzifəsini icra etməklə yanaşı, eyni zamanda Sədrə Müşavir vəzifəsinə də təyin olunub.

Emil Babayev uzun illər maliyyə və bank sektorunda, xüsusilə kapital bazarları, korporativ idarəetmə, icraedici səviyyədə qərarvermə və dövlət qurumları ilə institusional əməkdaşlıq sahələrində geniş idarəçilik təcrübəsinə malikdir. O, Bakı Fond Birjasında fəaliyyətə 2021-ci ildə başlayıb. Əvvəlcə Biznesin İnkişafı üzrə Direktor, daha sonra isə Sədrin Ofisinin Rəhbəri vəzifələrində çalışıb.

Bu dövr ərzində Emil Babayev listinq xidmətlərinin inkişafı, kapital bazarlarının institusional gücləndirilməsi, eləcə də strateji idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərində mühüm töhfələr verib.

Bundan əvvəl o, Azərbaycan Beynəlxalq Bankında İpoteka Bölməsinin Rəhbəri, KredoBank və Dekabankda İdarə Heyəti sədrinin müavini, Azərbaycan İpoteka Fondunda Xəzinədarlıq Departamentinin dileri, həmçinin bank sektorunda icraedici rəhbərliyə birbaşa dəstək funksiyalarını əhatə edən bir sıra məsul vəzifələrdə çalışıb.


media-adspc

Bənzər xəbərlər