media-1790419155_zz
Bakıda yağış sularının idarə olunması gücləndirilir, Keşlə kollektoru yenilənir.
ERAmedia xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən Bakının Xətai rayonunda, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunda aparılan tikinti, bərpa və yenidənqurma işləri son mərhələyə çatıb.
Təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq intensiv şəkildə davam etdirilən işlər artıq yekunlaşmaq üzrədir.
Layihənin əsas məqsədi mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması və ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.

media-adspc

Bənzər xəbərlər