media-corcia_meloni

İtaliyanın Baş naziri Corcia Meloni G7 ölkələri liderlərinə siqareti tərgitdiyini bildirib.

ERAmedia xəbər verir ki, bu barədə “The telegraph” nəşri məlumat yayıb.

Belə ki, o, bu barədə Fransanın şərqində, Evian-les-Bains şəhərində keçirilən G7 görüşündən əvvəl liderlərlə söhbəti zamanı danışıb.

 Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Almaniya kansleri Fridrix Merts də daxil olmaqla liderlərin söhbət ediblər.

“Bu səhər nə etdiniz, oyanmaq üçün?” – deyə fon der Lyayen soruşub. Merts isə “Bəs siqaret?” sualını verib.

“Yox, artıq tərgitmişəm”, – deyə Meloni cavab verib.

Buna cavab olaraq Yaponiyanın Baş naziri Sanae Takaiçi “Bravo” deyərək İtaliya liderini təbrik edib. Fon der Lyayen isə qısa şəkildə “Yaxşıdır” deyə bildirib.

Qeyd edək ki, Meloni keçən il siqareti tərgitməyin onun üçün çətin olacağını, hətta bu prosesin ciddi əsəb yarada biləcəyini demişdi.


media-adspc

Bənzər xəbərlər