bp bu layihə üzrə görüş keçirəcək
bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.
ERAmedia xəbər verir ki, bp bütün maraqlı tərəfləri 15 may 2026-cı il tarixində, saat 13:00-dan 15:00-dək “Microsoft Teams” vasitəsilə keçiriləcək bu görüşdə iştirak etməyə dəvət edir.
ƏMSSTQ sənədinin layihə variantı və rəy formaları 1 may 2026-cı il tarixindən bp-nin veb-səhifəsinə yerləşdirilib və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:

Görüşdə proqram və sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları cavablandırılacaq, irəli sürülən fikirlər və rəylər ətrafında müzakirə keçiriləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.
Görüşə aşağıdakı keçid və ya QR kodu vasitəsilə qoşulmaq olar:









