Britaniya Yaxın Şərqə əlavə qoşun göndərəcək
Böyük Britaniya Yaxın Şərqdə İranın hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndərəcək.
ERAmedia xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili məlumat verib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytə əlavə hava hücumundan müdafiə qrupları və sistemləri yerləşdiriləcək. Eyni zamanda, Qətərdə yerləşən “Typhoon” qırıcı təyyarələrinin istifadəsi də uzadılacaq. Yeni yerləşdirmələrdən sonra Böyük Britaniyanın Körfəz regionu və Kiprdəki ümumi hərbi kontingenti təxminən 1000 nəfərə çatacaq.
Qeyd edək ki, daha öncədən də Böyük Britaniya hökuməti Yaxın Şərqdə davam edən münaqişəyə birbaşa qoşulmaq niyyətində olmadığını və yalnız müdafiə xarakterli tədbirlər gördüyünü vurğulayıb. Baş nazir Kir Starmer bildirib ki, ölkə müharibəyə cəlb olunmayacaq, lakin regiondakı maraqlarını və müttəfiqlərini qorumaqda davam edəcək.









