Bu avtomobillərin idxalı üzrə göstəricilər açıqlanıb
Ötən il Azərbaycana ümumilikdə 2 milyard 386 milyon 505 min ABŞ dolları dəyərində 123 319 ədəd avtomobil idxal olunub.
ERAmedia xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,4% və 34,3% çoxdur.
İl ərzində Azərbaycana 360 milyon 266 min ABŞ dolları dəyərində 16 884 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 6,8% azalma və 6,8% artım deməkdir.
12 ayda ölkəyə gətirilən plug-in hibrid avtomobillərinin dəyəri 3,6 dəfə artaraq 1 milyard 67 milyon 959 min ABŞ dolları, sayı isə 5,5 dəfə artaraq 56 794 ədəd təşkil edib.
Hesabat dövründə Azərbaycana 62 milyon 485 min ABŞ dolları dəyərində 2 028 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 48,6% və 33% azdır. (Apa)









