Bu il peşə təhsili müəssisələrindən məzun olanların sayı açıqlanıb
2025-2026-cı tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 78 peşə təhsili müəssisəsindən 18 612 tələbə məzun olur.
ERAmedia-ya bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məzun olan tələbələrdən 1478 nəfəri ilk peşə təhsili səviyyəsi, 16 min 596 nəfəri texniki peşə təhsili səviyyəsi, 538 nəfəri yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.










