Bu klub Məhəmməd Salahla 2 illik müqavilə imzaladı
Türkiyənin “Trabzonspor” klubu yeni transferi Məhəmməd Salahla müqavilə imzalayıb.
ERAmedia xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, misirli hücumçu qarşıdakı 2 ildə “Trabzonspor”un formasını geyinəcək. Afrikalı ulduz futbolçunun məvacibi isə hər mövsüm üçün 17 milyon avro təşkil edəcək.
Qeyd edək ki, ötən gün Türkiyəyə gələn Məhəmməd Salah tibbi müayinədən uğurla keçib. Onun son klubu İngiltərə “Liverpul”u olub.










