media-17949168321947634087_1200x630

Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ERAmedia – ya bildirilib ki, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 manat müəyyən edilib.


media-adspc

Bənzər xəbərlər