media-avqustun-4-de-jurnalistika-ixtisasi-uzre-qabiliyyet-imtahani-kecirilecek

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

ERAmedia-ya bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib. İmtahan vermək üçün 1067 nəfər ərizə təqdim edib.

Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

 


media-adspc

Bənzər xəbərlər