media-17929906262598432215_1200x630

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri Koreya yarımadasının cənubunda “Azadlıq Bayrağı” adlı birgə təlimlər keçirir.

ERAmedia xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Noyabrın 6-dək Kunsan aviabazasında keçirilən təlimlərdə qırıcı və kəşfiyyat təyyarələri, helikopterlər, eləcə də pilotsuz uçuş aparatları iştirak edir.

Təlimlərin məqsədi iki ölkənin hərbi heyətinin döyüş hazırlığını artırmaq, müdafiə əməliyyatlarını və düşmən təyyarələrinin ələ keçirilməsi üzrə bacarıqlarını təkmilləşdirməkdir.

Qeyd edək ki, “Azadlıq Bayrağı” təlimləri ildə iki dəfə keçirilir.


media-adspc

Bənzər xəbərlər