media-videoedited
media-1759643066_64eef88659be164eef88659be2169338279064eef88659bdd64eef88659bdf
media-shehidler_olmez_baner_full

Çinin cənubundakı Haynan əyalətində “Matmo” tayfunu səbəbindən 144 min nəfərin təxliyə edilməsi barədə qərar verilib.

ERAmedia xəbər verir ki, bu barədə “Xinhua“ agentliyinin məlumat yayıb. Məlumata görə, onlardan 114 min nəfər artıq təhlükəsiz ərazilərə köçürülüb.

Qeyd edək ki, əvvəlcə yerli meteorologiya idarəsi bildirmişdi ki, tropik siklon Haynanın şimal-şərqindən 60 km məsafədən keçib. Proqnozlara əsasən, “Matmo” yaxın zamanda qonşu Quandun əyalətinin Süyven şəhəri yaxınlığında sahilə çatacaq, daha sonra Tonkin körfəzinə daxil olaraq zəifləyəcək. Tayfunun sahilə çıxacağı anda küləyin sürətinin 42–48 m/s olacağı gözlənilir.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər