media-pasinyan3

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına uyğun olaraq hökumətin istefa verdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, Paşinyan bunun Ermənistan Konstitusiyasının 158-ci maddəsinin tələbindən irəli gəldiyini bildirib.

“Hökumət yeni seçilmiş Milli Assambleyanın fəaliyyətə başladığı ilk gün istefa verir”, – deyə baş nazir qeyd edib.

Qeyd edək ki, Ermənistan Milli Assambleyasının IX çağırışı bu gün ilk iclasına başlayıb. Konstitusiyaya əsasən, hökumət istefa versə də, yeni kabinet formalaşana qədər nazirlər öz səlahiyyətlərini icra etməyə davam edəcəklər.


media-adspc

Bənzər xəbərlər