Bu foto maraqla qarşılanıb
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə süni intellekt (AI) vasitəsilə yaradılmış maraqlı foto paylaşıb.
ERAmedia xəbər verir ki, o, yanında yadplanetli olduğu fotosunu dərc edib və şərh verməyib.
Onun bu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Tramp əvvəllər də dəfələrlə süni intellekt vasitəsilə hazırlanmış fotolar paylaşmışdı.









