media-45a9e8d6-39bc-4603-a18f-862880eb95c6
Texnoloji sürət dövründə niyə adaptiv liderlik həyati əhəmiyyət daşıyır?
Texnologiya artıq şirkətləri tədricən deyil, eksponent sürətlə dəyişdirir. Süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma fonunda dünənin uğurlu idarəetmə modeli sabahın ən böyük maneəsinə çevrilə bilər.
McKinsey-in araşdırmalarına görə, dəyişiklikləri sürətlə qəbul edən və təşkilati çevikliyi yüksək olan şirkətlər rəqiblərini həm gəlirlilik, həm də uzunmüddətli performans baxımından geridə qoyur.
Harvard professoru Ronald Heifetz isə bunu bir cümlə ilə izah edir: “Texniki problemlər bilik tələb edir, adaptiv problemlər isə insanların düşüncə tərzini dəyişməyi.”
Bu gün liderin əsas vəzifəsi bütün cavabları bilmək deyil. Əsas vəzifə komandanı naməlum gələcəyə hazırlamaqdır.
Texnologiya dövründə rəqabət üstünlüyünü ən ağıllılar yox, ən sürətli öyrənən və uyğunlaşan liderlər qazanır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər