media-cbrho4z9jorhcmiy057mpavvyzn2l2qadfjqd9u3_1200

Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

ERAmedia  “Haber Global”a istinadən xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər