Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb - Tramp
ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni bir liderə ehtiyacı olduğunu bildirib.
ERAmedia xəbər verir ki, Tramp bu haqda brifinqdə danışıb.
“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”, – deyə qeyd edib.
Tramp bildirib ki, ölkənin hazırkı prezidenti Volodimir Zelenski çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu etmir.










