media-etibar

Təhsil eksperti Etibar Əliyev 7-ci sinif “Ədəbiyyat” dərsliyində yer alan bir hekayənin məzmununa diqqət çəkərək, mətndə şərabın təriflənməsini və qətl niyyətinin təsvir olunmasını tənqid edib.

ERAmedia-nın məlumatına görə, Etibar Əliyev bildirib ki, dərsliyin 90 və 91-ci səhifələrində yer alan hekayədə meyxana sahibi Şiko ilə Maqluar qarı arasındakı münasibətlərdən bəhs olunur. Onun sözlərinə görə, mətnin elə ilk cümlələrində baş qəhrəmanın yaşlı qadını öldürmək istəyi təsvir edilir:

“Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi, onu boğub öldürsün…”

Ekspertin diqqət çəkdiyi digər məqam isə hekayədə spirtli içkinin açıq şəkildə təriflənməsi və təşviq olunmasıdır. Belə ki, Şiko öz meyxanasına dəvət etdiyi Maqluar qarıya ard-arda şərab içirməyə çalışır və içkinin faydalarından danışır:

“Axı bu lap süd kimidir. Gördünüz, nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəkər kimidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır, adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz!”

Etibar Əliyev mövzuya ironik yanaşaraq qeyd edib ki, dərslikdən xəbərdar olan spirtli içki istehsalçıları belə mətnlərdən öz reklam məqsədləri üçün bəhrələnə bilərlər.

Məsələn, AZGRANTA şirkətinin istehsal etdiyi araqlardan birinə “PROTEİN” adı verilib. Halbuki protein amin turşularından ibarət mürəkkəb biomolekullar olub, əzələ kütləsinin inkişafı, hüceyrələrin bərpası, ferment və hormonların istehsalı üçün vacibdir. Bu adlandırma ilə bağlı istehza ilə bildirə bilərik ki, protein çatışmazlığı yaranan şəxslərə həkimlər resept kimi həmin arağı yaza bilərlər.

Digər nümunə isə spirtli içkilər istehsal edən “Şərq Ulduzu MMC” ilə bağlıdır. Şirkət istehsal etdiyi “Mey” arağının etiketində Ömər Xəyyamın şeirinə yer verib:

“Mey kədəri dağıdır, kefi edir saz,
Meydə olan ətir çiçəkdə olmaz”.

Ekspertin irəli sürdüyü ironiya ondan ibarətdir ki, dərsliklərdə spirtli içkinin bu cür təqdimatı gələcəkdə istehsalçılar üçün istinad mənbəyinə çevrilə bilər. Belə ki, onlara irad bildirildikdə, öz məhsullarının təbliğində dərsliklərdəki mətnlərə istinad etdiklərini söyləyə bilərlər.

Məsələ məktəb dərsliklərində seçilən mətnlərin məzmunu, şagirdlərə ötürülən mesajlar və tədris materiallarının yaş xüsusiyyətlərinə uyğunluğu ilə bağlı suallar yaradır.

media-whatsapp-image-2026-11-16-at-10-47-02

Mələk Onur


media-adspc

Bənzər xəbərlər