media-ac4754ba-2c89-41a9-ae60-8c6b8f129a97
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
O zaman respublika rəhbəri olan Ayaz Mütəllibov ali məktəblərin təhsildə fərqlənən istedadlı tələbələri üçün yeni adlı təqaüdlərin təsis edilməsi haqqında Fərman imzaladı. Təəssüf ki, dəqiq tarix yadımda deyil. Onların arasında BDU-nun jurnalistika fakültəsinin bir nəfər tələbəsi üçün Əli bəy Hüseynzadə adına təqaüd də vardı. Təqaüdün verilməsi üçün meyar tələbənin əla qiymətlərlə oxuması, müntəzəm olaraq dövri mətbuatda yazılarının çap olunması idi. Məbləği 500 rubl olan Ə.Hüseynzadə təqaüdünün maliyyələşməsini Azərbaycan Jurnalistlər Birliyi həyata keçirirdi.
media-611272817_1547375559871644_244565262769442626_n
Jurnalistlər Birliyinin o vaxtki sədri Hacı Hacıyevin, fakültə dekanlığının və müəllimlərin yekdil rəyi ilə həmin təqaüdün mənə verilməsi qərara alındı. Müqayisə üçün deyim ki, onda adi tələbə təqaüdünün məbləği təxminən 100 rubl civarında idi. İlk vaxtlar təqaüdün ödənilməsində elə bir problem yox idi. Amma qiymətlər sürətlə bahalaşır, inflyasiya durmadan artırdı. Qısa müddətdə Universitetdə verilən təqaüd tədricən gəlib həmin məbləğə yaxınlaşmısdı. Digər tərəfdən, artıq mənə verilən adlı təqaüdün hesaba köçürülməsində gecikmələr olurdu. Günlərlə Universitetin kassasına gedir, təqaüdün köçmədiyini öyrənib kor – peşman geri dönürdüm. Belə görünürdü ki, Jurnalistlər Birliyinin də maddi durumu pisləşdiyi üçün təqaüdü ödəməkdə çətinlik çəkir. Adlı təqaüd aldığıma görə üniversitetdən verilən təqaüdü dayandırmışdılar. Ona görə də BDU-nun maliyyə şöbəsinə gedib xahiş etdim ki, mənim burdakı tələbə təqaüdümü bərpa etsinlər. Məni başa saldılar ki, bundan ötrü Jurnalistlər Birliyi təqaüdü ödəyə bilmədiyi haqda rəsmi arayış verməlidir. Yalnız o halda təqaüd bərpa oluna bilərdi. Jurnalistlər Birliyinə getdim, rəhmətlik Hacı Hacıyevlə görüşdüm, vəziyyəti danışdıq. Əslində o özü də bu vəziyyətə görə çox narahat olduğunu bildirdi və əlavə etdi ki, hətta Birliyin özünün yaşaması da sual altındadır. Xülasə, müvafiq arayışı alıb gətirib verdim BDU – ya və buradakı tələbə təqaüdümü bərpa etdilər. Məşhur rus pritçasında olduğu kimi, Qızıl balğın nağılı da belə sona yetdi…
media-haci_haciyev
…Dediyim kimi, sürətli infilyasiya gəlirlərı ac qurd kimi udur, bahalıq, qıtlıq həyat normasına çevrilirdi. Hər açılan sabah insanlara, eləcə də biz tələbələrə qiymətlərlə bağlı yeni “sürprizlərlər” bəxş edirdi. Amma insan övladı ən çətin məqamlarda belə hər şeyin yaxşı olacağına inanıb, yaşayıb, yaradıb, mübarizə aparıb. Əgər belə olmasaydı, həyat dayanar, bəşəriyyət yox olardı…
Əsas o idi ki, fakültəmizdəki ab-hava, təhsil mühiti yaxşı idi, dövrün ruhundan doğan demokratik şərait, yüksək insani münasibətlər sosial çətinlikləri kölgədə qoyurdu.
Yeməyimizi əsasən yataqxanamızın birinci mərtəbəsində Kamandarın bufetində yeyirdik. Bufet axşam saat 7-yə kimi işləyirdi. Gecə acırdıq deyə, soyuducumuz olmasa da, ehtiyat üçün bəzi ərzaqlarımız, xüsusən kartof – soğanımız olurdu. Otağımız qonaq – qaralı idi deyə, çaydanımız həmişə isti idi… Bir dəfə, imtahan ərəfəsi idi deyəsən, – cox oturduq. Şam yeməyini tez yediyimiz üçün bərk acmışdıq. Qərara aldıq ki, soyutma kartof bişirib yeyək. Nəzirməmməd Zöhrablı kartofları qazana atıb üstünə su tökdü. Aparıb qoydu dəhlizin sonundakı mətbəxdə elektirik sobasına. Mən də kamalı – ədəblə, çörəyi, bir neçə baş soğanı doğrayıb hazır qoydum. Göy – göyərti, duz-istiot gətirib stolu açdım. Mətbəxə getdim ki, qazanı götürüb gəlim, nə görsəm yaxşıdı? Nə qazan var, nə kartof. Sobanın digər gözündə kiminsə çaydanı cızıldayır. Day neynək, dad hara çatacaq, qonşulardan soraq etdik, “gördüm” deyən olmadı. Üstündən xeyli müddət keçib, qazan da unudulub, kartof da. Bir də gördük ki, üzbəüz otaqların birində yaşayan V…..n adlı bir tələbə qazanı gətirdi ki, bəs o vaxtı sizin kartof qazanınızı mən götürmüşdüm… Deməli, həmin bu V…..n heyvərənin biri idi. Tez -tez gecə saatlarında hardansa içkili vəziyyətdə gəlir, dəhlizdə öz-özunə qışqırıb – bağırır, öz otağının qapısını, divarı təpikləyir, ünansız söyüşlər söyür, sonra sakitləşib yatırdı. Səhər oyananda da quzuya dönür, xəcalətindən gözə görünmürdü. Əvvəl – əvvəl uşaqlar onu sakitləşdirib intizama dəvət etsələr də, sonra mənasız olduğunu görüb baş qoşmadıq…
…Ancaq hər şeyə rəğmən həyat çox mənalı və maraqlı idi.
ARDI VAR

media-adspc

Bənzər xəbərlər