media-media-alen-simonyan-i8okf6

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan müxalifətin ölkənin təhlükəsizlik təminatçısına ehtiyacı olduğu barədə fikirlərinə münasibət bildirərkən diqqətçəkən açıqlama verib.

ERAmedia xəbər verir ki, spiker jurnalistlərə açıqlamasında Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Azərbaycan olduğunu vurğulayıb.

Simonyan əlavə edib ki, müxtəlif qüvvələr Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi qarşıdurmaya cəlb etməyə çalışır:

“Bir çox qüvvələr bizi yenidən müharibəyə sürükləmək istəyir. Lakin bu cəhdlərin qarşısı alınmalıdır”, – o bildirib.


media-adspc

Bənzər xəbərlər