media-videoedited
media-17611280295509529954_1200x630
media-shehidler_olmez_baner_full

Naməlum şəxslər Yuxarı Marna departamentinin Lanqra şəhərində fransız yazıçısı və filosofunun adını daşıyan “Deni Didro Təhsil Evi”ni qarət ediblər. Hadisə Luvrda baş verən oğurluqla bağlı insidentdən cəmi bir neçə saat sonra baş verib.

“France Info” radiostansiyası şəhər meriyasının insidentlə bağlı sözlərini efirə verib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları həyəcan siqnalı ilə dərhal ayağa qaldırılıb və hadisə yerinə gediblər. İlkin müşahidələrə görə, muzeyin eksponatlarının bir hissəsi yoxa çıxıb”.

Naməlum qarətçilər XVIII-XIX əsrlər arasında zərb edilmiş qızıl və gümüş sikkələrdən ibarət kolleksiyanı oğurlayıblar. Digər eksponatlara ziyan dəyməyib. Faktla bağlı araşdırma aparılır.

İddialara görə, oğrular oktyabrın 19-dan 20-nə keçən gecə muzeyə daxil olublar. Giriş qapısı qırılıb və vitrin sındırılıb. Hazırda muzey ictimaiyyət üçün bağlıdır.

Fransa Daxili İşlər Nazirliyi muzeylər və mədəni irs obyektləri ətrafında təhlükəsizlik tədbirlərinin dərhal gücləndirildiyini elan edib.


media-adspc

Bənzər xəbərlər