media-17947587876212419712_1200x630

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 ERAmedia – ya nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü Əhmədov Nurəddin Asim oğlunu valideynlərinə təhvil veriblər.


media-adspc

Bənzər xəbərlər