media-1782974188_093f5f7d-8656-4de9-8c7e-3d34a9392256

Ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.

ERAmedia xəbər verir ki, “Unikal”ın məlumatına görə, meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır.

Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.

C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.


media-adspc

Bənzər xəbərlər