media-hormuz

İran qarşıdakı 60 gün ərzində Hörmüz boğazından istifadə ilə bağlı heç bir xidmət haqqı tələb etməyəcək və bütün xərcləri öz üzərinə götürəcək.

ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Ali Şurası bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər əvvəlki qaydada İranın Fars Körfəzinə Nəzarət İdarəsinə (PGSA) müraciət etməlidirlər. Bununla yanaşı, həmin müraciətlərin operativ qaydada nəzərdən keçiriləcəyi bildirilib.

Şura həmçinin vurğulayıb ki, İran ABŞ ilə imzalanmış memoranduma uyğun olaraq Hörmüz boğazının minalardan təmizlənməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək.

Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb.


media-adspc

Bənzər xəbərlər