İndoneziyada turist gəmisi batıb: İtkin düşən var
İndoneziyanın Komodo Milli Parkında turistləri daşıyan “KM Feronia” gəmisi güclü cərəyana düşərək çevrilib və batıb.
ERAmedia xəbər verir ki, bu barədə “The Bali Times” qəzeti məlumat yayıb. Hadisə nəticəsində gəminin göyərtəsində olan 29 nəfər xilas edilsə də, 23 yaşlı dalğıc təlimatçısı Veronika Beatrix Cessika itkin düşüb və axtarışları davam etdirilir.









