İran ABŞ-yə inanmır - Möhsün Rzayi
Rəsmi Tehran Vaşinqtonun təşəbbüslərinə dərin şübhə ilə yanaşır.
ERAmedia xarici mediaya istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
O deyib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) təşəbbüslərdən diplomatik prosesdən sonrakı hərbi hücuma hazırlıq üçün istifadə edə biləcəyindən ehtiyatlanır.
“İran ABŞ-yə inanmır. Ara-sıra danışıqlar aparıb, vaxt qazanmaq istəyirsiniz”, – deyə Möhsün Rzayi vurğulayıb.










