Magistralda “Qazel” 2 yerə bölünüb
Salyan rayonunda ağır yol qəzası baş verib.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu səhər Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Daha sonra 2 hissəyə ayrılıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.










