media-twz3w7yyo7aew4dsrtps7whinrczdmsiwcblqafv_1200-1

İranın cənub-qərbindəki Mahşəhr şəhərində yerləşən neft-kimya zavodu havadan zərbəyə məruz qalıb.

ERAmedia bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.

Təfərrüat açıqlanmır, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bununla yanaşı, “PressTV” telekanalı İsrail və ABŞ-nin ölkənin mərkəzi hissəsində yerləşən Ərak şəhərindəki alüminium zavoduna zərbə endirdiyi barədə məlumat yayıb, lakin əlavə məlumat təqdim etməyib.

Hazırda bütün İran ərazisində genişmiqyaslı hava hücumlarının həyata keçirildiyi qeyd edilir.


media-adspc

Bənzər xəbərlər