media-cu8kfgmd6mz4im6g6ediygodrx02r2jwi7fhl2lq_1200

Türkiyədə İstanbul şəhərinin Maltepe rayonunda “Koç” holdinqinin tərkibinə daxil olan “Otokoç” şirkətinin baş ofisinə silahlı hücum həyata keçirilib.

ERAmedia “Sözcü” qəzetinə istinadən xəbər verir ki, polis atəş açıb qaçan şəxsləri ələ keçirmək üçün əməliyyata başlayıb.

Maskalı şəxslərin hücumu zamanı ölən və ya xəsarət alanın olmadığı bildirilir. Lakin xeyli sayda güllənin şirkətin binasına zərər verdiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl İzmir Prokurorluğu iş adamı Rahmi Koçun qadınlara və müəyyən etnik kimliyə yönəlik olduğu iddia edilən ifadələr səbəbi ilə “xalqın bir hissəsini təhqir etmə” ittihamı ilə istintaqa başlamışdı.

Rahmi Koç açıqlama yayaraq, hər hansı bir kimliyi hədəfə almaq niyyətində olmadığını bildirmiş və sözlərinə görə üzr istəmişdi.


media-adspc

Bənzər xəbərlər