media-12071636-1734682662
media-bant_master

 

Malayziyanın Nəqliyyat Nazirliyi bu ölkəyə məxsus, 2014-cü ilin mart ayında yoxa çıxan Boeing təyyarəsinin axtarışını bərpa etdiyini bildirib.

ERAmedia xəbər verir ki, bu barədə “The Insider” qəzeti məlumat yayıb.
Axtarışlar 30 dekabrda başlayacaq və dəniz robototexnikası üzrə ixtisaslaşan
ABŞ şirkəti “Ocean Infinity” tərəfindən idarə olunacaq.

Axtarışın 55 gün davam edəcəyi qeyd olunur. Əməliyyat dağıntıların tapılması ehtimalının ən yüksək olduğu ərazilərə yönələcək və təyyarə qalıqlarının tapılacağı təqdirdə “Ocean Infinity” 70 milyon dollar alacaq.
Xatırladaq ki, MH370 reysi ilə uçan “Boeing 777-200” təyyarəsi 8 mart 2014-cü ildə, yerli vaxtla gecəyarısı Kuala Lumpurdan Pekinə yola düşüb və təxminən bir saat sonra Malakka boğazı üzərindən uçarkən radarlardan itib.

Təyyarədə 239 nəfər olub: 12 heyət üzvü və 227 sərnişin.
Sualtı axtarışlar bir neçə il nəticəsiz davam edib və rəsmi olaraq 2017-ci ildə başa çatıb.
“Ocean Infinity” 2018-ci ildə təyyarəni tapmağa çalışıb, lakin uğursuz olub. İtkin düşənlərin ailələri dəfələrlə axtarışların bərpasını, məsul şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər