media-3c8ac6509e430de566c32498cfad4e7d

Kreml cümə günü bildirib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Donald Tramp administrasiyası ilə məsləhətləşmələr aparmaq üçün Vaşinqtondadır.

ERAmedia xarici KİV-lərə istinadla xəbər verir ki, mətbuat brifinqində jurnalistlərə verdiyi açıqlamada Kremlin sözçüsü Dmitri Peskov Dmitriyevin səfərini təsdiqləyib, lakin elçinin sülh danışıqları əvəzinə iqtisadi əməkdaşlıq məsələləri üzərində işlədiyini bildirib.

“Dmitriyev Ukrayna nizamlanması ilə bağlı danışıqlara rəhbərlik etmir və bu, danışıqların bərpası demək deyil. Kirill Dmitriyev iqtisadi məsələlər qrupuna rəhbərlik edir və o, həmin qrup daxilində işləməyə davam edir”, – deyə Peskov səfərlə bağlı suala cavab verərkən bildirib.

Səfər ABŞ-nin Rusiya xam nefti və neft məhsullarının çatdırılması və satışı ilə bağlı məhdud əməliyyatlara icazə verən sanksiya güzəştinin şənbə günü başa çatması ilə eyni vaxta təsadüf edir. RF Prezidentinin xüsusi nümayəndəsinin Vaşinqtonda Stiv Uitkoff ilə danışıqlar apardığı bildirilir.


media-adspc

Bənzər xəbərlər