media-aqagrgmozt1vslg_7hbrkcztvxtr16uqwyghhqdfjrplrbgcdijdrq3kmgppub7yjsx_sdm1h9xbrqghighesh-al2e

Krım yarımadası üzərində “An-26” hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.

ERAmedia-nın xəbərinə görə, TASS agentliyinə qəza yerindən məlumat verən mənbə təyyarənin qəzaya uğradığını təsdiqləyib.

İlkin məlumata görə, təyyarə qayaya çırpılıb.

Hadisə martın 31-də, Moskva vaxtı ilə saat 18:00 radələrində planlaşdırılmış uçuş zamanı baş verib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, təyyarə ilə əlaqə qəfil kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Sonradan qəza yeri müəyyən edilib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində olan 6 heyət üzvü və 23 sərnişinin hamısı həlak olub.

Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hazırda hadisə yerində xüsusi hərbi komissiya araşdırma aparır.


media-adspc

Bənzər xəbərlər