media-l0rebccxsrae2xg78zgynsncceyo2pfyozros11a_1200

ABŞ Prezidenti Donald Trampın kriptovalyuta ilə bağlı seçkiqabağı və prezident seçildikdən sonrakı çıxışları bazarda ciddi canlanma yaratsa da, son günlər qiymətlərdə kəskin enmə müşahidə olunur.

 

 

“Binance” platformasında təkcə “Bitcoin” son 90 gündə 30%-dən çox ucuzlaşıb. Ümumilikdə isə hazırda bu kriptovalyutanın qiyməti 2025-ci ildə qeydə alınmış ən yüksək səviyyədən 45% aşağıdır.

Mütəxəssislər bildirirlər ki, kriptovalyutaların, o cümlədən “Bitcoin”in kəskin ucuzlaşması birbaşa siyasi ritorika ilə deyil, qlobal maliyyə bazarlarında riskə meyilliliyin azalması ilə bağlıdır.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əvvəlki kimi həm Donald Trampın özü, həm də onun komanda üzvləri kriptovalyutalarla bağlı konstruktiv və pozitiv mövqedədir və bunu mütəmadi olaraq ictimaiyyətə bəyan edirlər.

İqtisadçı əlavə edib ki, həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin mövqeyinin zəifləyəcəyi ilə bağlı gözləntilərin özünü doğrultmaması da bazara təsir göstərir.

Onun fikrincə, Donald Trampın qurumun rəhbərliyinə Kevin Uorş kimi sərt və bazara müdaxilələrə açıq yanaşan şəxsin namizədliyini irəli sürməsi dolların faiz dərəcələrinin sürətlə azalacağı ilə bağlı proqnozları zəiflədib. Bu isə kriptovalyutaların dolların mümkün ucuzlaşmasına qarşı sığorta aləti kimi cəlbediciliyini azaldıb və nəticədə, investorlar bu aktivləri daha sürətlə satmağa başlayıblar.


media-adspc

Bənzər xəbərlər